Tibb Universiteti də ONLAYN TƏHSİLƏ KEÇDİ - FOTO
    • 15-10-2020, 18:28
    • 695

Tibb Universiteti də ONLAYN TƏHSİLƏ KEÇDİ - FOTO

Azərbaycan Tibb Universiteti onlayn təhsilə keçib.

Bu barədə News24.az-a etibarlı mənbədən məlumat verilib. 

Verilən məlumata görə, bu gün müəyyən qrupla başlayan əyani təhsil ditsant təhsilə keçirilib.

Professor və müəllim heyətinə göndərilən mesajda qeyd olunub:

"16.10.2020-ci il tarixdən (yəni sabahdan) bütün qruplarda dərslərin əvvəlki qaydada, yəni onlayn şəkildə davam etdirilməsi qərara alınmışdır. Beləliklə, bu gün əyani formada başlanan dərslər sabahdan distant qaydada davam etdirilməlidir. Müəllimlərdən xahiş edirik ki, qrup nümayəndələri ilə əlaqə saxlayıb, tədrisin onlayn formada davam etdirilməsini təmin etsinlər".