"Ermənistan təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir" - Müdafiə Nazirliyi
    • 15-10-2020, 20:46
    • 772

"Ermənistan təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir" - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir"

Bu barədə News24.az- Müdafiə Nazirliyindən məlumat etilib. Bildirilib ki, Ermənistanın işğal etdiyi Qırmızı Bazar yaşayış məntəqəsinin guya Azərbaycan Ordusu tərəfindən "Smerç" YARS vasitəsilə atəşə tutulması və mülki əhaliyə xəsarət yetirilməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və yalandır.

Bir daha bildiririk ki, humanitar atəşkəs rejiminə tam əməl edən Azərbaycan Ordusu yalnız zərurət yarandıqda qarşı tərəfi susdurmaq məqsədilə legitim hərbi obyektlərə atəş zərbəsi endirmək hüququnu özündə saxlayır.