Polad Həşimovun oğlu: "Atamın qəbri üstündə mənə verilən bayrağı ŞUŞAYA APARACAM...
    • 16-10-2020, 13:35
    • 1 489

Polad Həşimovun oğlu: "Atamın qəbri üstündə mənə verilən bayrağı ŞUŞAYA APARACAM..."

"Atamın intiqamı öz amalına çatanda alınacaq. Torpaqlarımız işğaldan azad olsun, atamın məzarı üstündə mənə verilən bayrağı Şuşaya aparacam və deyəcəm: Ata, bütün ömrünü torpaqlarımızın azadlığına həsr etdin, gözün aydın. Amalına çatdın, əsgər balaların və zabitlərin intiqamını aldı. İnşallah o gün gəlsin, ürək dolusu danışarıq. Qarabağ Azərbaycandır!"

Bunu News24.az-a açıqlamasında iyulun 14-də Tovuz rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun oğlu Davud deyib.