-
- 16-10-2020, 15:46
- 1 773
Ermənistanı UÇURUMA aparan səhv: Naxçıvan hərəkətə keçəcək, Türkiyə dəstəyə gələcək – Ramil Məmmədli
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.
Azərbaycan Ordubada olan hücuma adekvat formada cavab verəcəkmi və bu, olacaqsa, hansı formada reallaşacaq? Bu suallara cavab tapmaq üçün hərbi ekspert Ramil Məmmədli ilə əlaqə saxladıq.
Ramil Məmmədli News24.az-a açıqlamasında bildirib ki, belə hücumların qarşısını almaq üçün Azərbaycan Ordusunun atdığı addımlar hər birimizə məlumdur:
“Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri bu hücumla bağlı lazımi tədbiri görəcək. Bu raket hansı ərazidən atılıbsa, həmin atəş nöqtəsinin zərərsizləşdiriləcək.
Ermənistan hökumətinin Naxçıvan istiqamətinə atdığı əməliyyat-taktiki raket hərbi cəhətdən yanlış addımdır. Həmçinin, hərbi-siyasi baxımından Ermənistan üçün ciddi yanlışlıqdır. Hərbi-taktiki baxımından artıq aydın oldu ki, heç bir halda bir neçə cəbhədə hərbi əməliyyat apara bilməyəcək. Qarabağ bölgəsindəki uğursuzluqları Ermənistan ordusunun genişmiqyaslı hərbi əməliyyatlarda təcrübəsinin çox aşağı olmasından xəbər verir.
Naxçıvana olan hücum davam edəcəyi təqdirdə Azərbaycan Ordusunun həmin istiqamətdə Ermənistan silahlı qüvvələrinə quru qoşunları səviyyəsində hər hansı bir tədbiri həyata keçirməsi qaçılmaz olacaq. Naxçıvan istiqamətində Ermənistan ordusunun hər hansı ciddi bir dirəniş göstərməsi mümkün deyil.
Hərbi ekspertin sözlərinə görə, hazırkı durumda Türkiyə də məsələyə müdaxilə edə bilər: “Bu, birmənalıdır. Türkiyənin qarışmağa tam haqqı var. Həm Qars, həm də 1994-cü ilin fevral ayının 9-da imzalanan müqaviləyə əsasən, Türkiyə Ordusunun həmin istiqamətdə əməliyyat həyata keçirə bilməsi zərurət halını ala bilər. Belə olan halda bu, Ermənistan üçün uçuruma bərabər bir vəziyyətdir. Bundan əlavə, bu halda digər ölkələr və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı belə Ermənistana hərbi baxımından hər hansı bir dəstək göstərə bilməyəcək”.
Məhərrəm Əliyev