-
- 17-10-2020, 10:20
- 701
Füzuli İŞĞALDAN AZAD EDİLDİ
"Bu gün Füzuli rayonunun QoçƏhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndi və Füzuli şəhəri işğaldan azad edildi. Füzuli bizimdir! Qarabağ Azərbaycandır!".
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açıqlayıb.
Prezident qeyd edib: "Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə Azərbaycan Ordusu üzərinə düşən missiyanı şərəflə yerinə yetirir, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdir.Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar, əsərlər yazılacaq, doğrudan da çox böyük peşəkarlıq,məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdir. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Və hətta ən tanınmış hərbi mütəxəssislər belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək aylarla zaman alacaq və uğurlar nəticələnəcək, ya nəticələnməyəcək böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə əlbəttə ki, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarması bizə növbəti bir neçə strateji üstünlüklər verir".