-
- 19-10-2020, 17:54
- 849
General Hüseyn Mahmudov: “Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir”
Hazırda cəbhə boyu ərazidə vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
News24.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bu gün keçirilən brifinqdə deyib.
“Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç zaman dinc ermənilərə qarşı hər hansı hücum edilməyib. Lakin Ermənistan tərəfi bunun tam əksini edir. Onlar yatan dinc əhaliyə ballistik raketlərlə hücum edirlər. Gəncədə baş verənlər tarix kitablarına düşəcək. Azərbaycan erməni əhalisinə humanitar dəhlizlə bağlı müraciət edib, lakin Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir”, – deyə general-mayor Hüseyn Mahmudov bildirib.
Hüseyn Mahmudov qeyd edib ki, Azərbaycan Ordusu bu günə qədər Ermənistan ordusunun 300-ə qədər tank və digər zirehli texnikasını, 200-dən çox hava hücumundan müdafiə sistemlərini məhv edib. 38 tank, 16 artilleriya qurğusu və 27 hava hücumundan müdafiə qurğusu Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilib.
“Ermənistanın açıqladığı rəsmi rəqəmlər isə bundan qat-qat aşağıdır. Bu, onun göstəricisidir, Ermənistan özünün hərbi texnikasının sayını gizlədir”, – deyə general-mayor Hüseyn Mahmudov vurğulayıb.