Mustafa Şentop: "Zəfərə qədər Azərbaycanın yanında olacağıq"
    • 20-10-2020, 11:56
    • 429

Mustafa Şentop: "Zəfərə qədər Azərbaycanın yanında olacağıq"

“Dünya, bəşəriyyət yeni dəyişikliklər axtarışındadır. İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması lazımdır”.

News24.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanı zəfərədək dəstəkləyəcək:

“Ancaq bilsinlər ki, nə Azərbaycan 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə, nə də dünya 30 il öncəki dünyadır. Biz birlikdə səsimizin nə qədər gur olduğunu dünyaya bəyan edəcəyik. Biz hər zaman haqdan, həqiqətdən, sülhdən yanayıq. Biz Azərbaycanı dəstəkləyəcəyik. Biz zəfərə qədər Azərbaycan necə istəyirsə, o cür də Azərbaycanın yanında olacağıq. Üçrəngli bayraq Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!”