Düşmənin tabor komandiri  şəxsi heyəti ilə birlikdə məhv edilib - Müdafiə Nazirliyi
    • 21-10-2020, 09:08
    • 665

Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib - Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə ərzində cəbhədəki vəziyyəti açıqlayıb. 

Nazirlikdən News24.az-a verilən məlumata görə, 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib.

6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.