"Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir" - Hikmət Hacıyev
    • 21-10-2020, 10:32
    • 583

"Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir" - Hikmət Hacıyev

Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir.

News24.az məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:
- Tərtər - 423 mərmi
- Ağdam - 49 mərmi
- Ağcabədi - 24 mərmi 
- Goranboy - 2 mərmi
- Naftalan/Goranboy - "Smerch" raketləri.

Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.