Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atılıb, 3 mülki şəxs ölüb, 3-ü yaralanıb
    • 15-10-2020, 13:52
    • 606

Tərtərdə dəfn zamanı qəbiristanlığa mərmi atılıb, 3 mülki şəxs ölüb, 3-ü yaralanıb

"Tərtər şəhərində Ermənistanın qəbiristanlığa qəsdən hücumu nəticəsində 3 mülki öldürülüb və 3 ağır yaralanıb".

News24.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında məlumat verib.

H.Hacıyev qeyd edib ki, Ermənistan humanitar barışığın arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır.