"Tünzalənin anasını insanların bədduaları öldürdü, utanın" - Şəbnəmdən sərt sözlər
    • 12-10-2018, 15:03
    • 1 031

"Tünzalənin anasını insanların bədduaları öldürdü, utanın" - Şəbnəmdən sərt sözlər

Müğənni Şəbnəm Tovuzlu əməkdar artist Tünzalə Əliyevanın ağır itkisinə rəhmət oxuyarkən deyib. Xanım ifaçı aktrisanın canlı efirə qoşularaq "Mənə o qədər bəddualar etdilər ki" deyə ağlamasına üzüldüyünü bildirib:
"İnsanlar o qədər murdarlaşıblar ki, kiminsə dərdinə sevinirlər sanki. Nə istəyirlər axı "Toppuş bacı"dan? Biz müğənnilər, sənət yoldaşları yığışıb pul topladıq, onun evinin ipotekasının ödənməsinə köməklik göstərdik. Sizin cibinizdən çıxmadı o pul. Yazırlar ki, həyat yoldaşı niyə ödəmir. Röyal da kasıb oğlandır, vaxtında ofisiant işləyib, indi də gücü çatdığı qədər işləyir, ailəsinə köməklik edir. Məgər ayda 100-200 manat qazanmaqla o evin kreditini ödəmək mümkündürmü? Tünzalə xəstə olmasaydı da, desəydi ki imkanım çatmır, mənə maddi köməklik et, mən edərdim, çünki sənət yoldaşıyıq, tanıyıram, necə biri olduğuna bələdəm, zəhmətkeş qadındır. Güclü toyları da yoxdur ki deyim get, qazan. Ona qarğış edənlərə ayıb olsun. Allah buyurub ki, 5 qazanırsansa, birini bölüşməlisən, tək yeməməlisən. Nə köməklik göstərmişiksə, halal xoşu olsun. Bəddua etməyin, Allahdan qorxun. Bəlkə də sizin bu tənqidlərinizə görə anası fikir çəkdi, dünyasını dəyişdi. Xəstə insanın üstünə bu qədər getmək olmaz".
//big.az