Erməni general: "Azərbaycanlı nazirlə əlaqəmiz vardı, prezident də bunu bilmirdi"
    • 12-10-2018, 16:10
    • 705

Erməni general: "Azərbaycanlı nazirlə əlaqəmiz vardı, prezident də bunu bilmirdi"

Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin Düşənbədə MDB dövlət başçılarının sammitində tərəflər arasında operativ əlaqənin qurulması ilə bağlı razılığa gəldi. Bu, o deməkdir ki, tərəflərin hərbi rəhbərliyi arasında əlaqə vasitələri qurulur və təmas xəttində gərginliyin yaranmasının qarşısı alınır.

Yeni olan bu razılaşmanın hansı mexanizmlərlə işlədiyi məlum deyil, hətta Paşinyanın ölkəsinə qayıdandan sonra Dağlıq Qarabağla bağlı verdiyi açıqlamalar fonunda işləyəcəyi də sual altındadır. Lakin belə bir əlaqə 90-cı illərdə Azərbaycan və Ermənistan arasında mövcud idi.

 1993-cü ildə Ermənistanda müdafiə nazirinin vəzifəsini icra edən, general-leytenant Norat Ter-Qriqoryans həmin illərdə Azərbaycanın müdafiə naziri ilə operativ əlaqəyə malik olduğunu açıqlayıb.

"Mən həmişə Azərbaycanın müdafiə naziri ilə danışıq əlaqəmiz vardı. Bu, çox lazımlı idi. İndi də belə bir əlaqəyə böyük ehtiyac var. Biz düşmən idik, lakin əlaqə saxlayırdım, mən şəxsən müdafiə naziri ilə danışırdım. Bu əlaqə vasitəsilə çox problemlər həll edilirdi. Hətta prezident Levon Ter-Petrosyan bizim azərbaycanlılarla nə danışdığımızı bilmirdi, bir çox məsələ hərbçilər arasında həll olunurdu”, - deyə o bildirib.

//publika.az