Azərbaycanın Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO
    • 18-02-2019, 10:40
    • 1 329

Azərbaycanın Müdafiə naziri Türkiyənin müdafiə sənayesi şirkətlərinin məhsulları ilə tanış olub - FOTO

Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən Türkiyə Respublikasının Makina və Kimya Sənayesi Qurumu, ROKETSAN, ASELSAN və Otokar şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib. 

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Z.Həsənov şirkətlərin rəhbərləri ilə görüşərək, iki ölkə arasında hərbi texniki sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Müdafiə naziri hərbi sahədə birgə layihələrin hər iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

News24.Az