Müdafiə nazirinin müavini Cənubi Koreyalı həmkarı ilə GÖRÜŞDÜ
    • 6-09-2019, 11:49
    • 800

Müdafiə nazirinin müavini Cənubi Koreyalı həmkarı ilə GÖRÜŞDÜ

Seul şəhərində keçirilən "Seul Müdafiə Dialoqu - 2019" beynəlxalq müdafiə və təhlükəsizlik konfransında iştirak edən Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Koreya Respublikasının Milli Müdafiə nazirinin Müdafiə Siyasəti üzrə müavini cənab Çunq Sukvan ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud hərbi əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək hərbi təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

Görüşdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Cənubi Qafqaz və Koreya yarımadasında mövcud hərbi-siyasi durum barədə ətraflı fikir mübadiləsi aparılıb.