Albaniya Prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
    • 23-10-2020, 12:09
    • 503

Albaniya Prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Azərbaycan səfiri Anar Hüseynov etimadnaməsini Albaniya Prezidenti İlir Metaya təqdim edib.

News24.az xəbər verir ki, Albaniya dövlətinin başçısı ölkələr arasında siyasi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək Albaniyanın xüsusilə energetika, turizm və kənd təsərrüfatı sahələrində Azərbaycan investisiyalarına marağını vurğulayıb.

İ.Meta Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun rəhbərliyi altında aparılan danışıqlar çərçivəsində sülh yolu ilə həllinə dəstək verməyə sadiqliyini bildirib.