Əslən gürcüstanlı olan Qazaxıstan vətəndaşı ordumuza 20.000 DOLLAR İANƏ EDİB - FOTO
    • 23-10-2020, 17:11
    • 3 283

Əslən gürcüstanlı olan Qazaxıstan vətəndaşı ordumuza 20.000 DOLLAR İANƏ EDİB - FOTO

Gürcüstanda doğulub böyüyən, hazırda Qazaxıstan Respublikasında yaşayıb, fəaliyyət göstərən və oranın vətəndaşı olan azərbaycanlı iş adamı Muxtar Ocaqverdiyev nümunəvi addım atıb.

News24.az xəbər verir ki, həmyerlimiz Silahlı Qüvvələrin Yardım Fonduna 20.000 dollar ianə edib.

İş adamının sözlərinə görə, o, bu ianə ilə kifayətlənməyəcək. Qarşıdakı günlərdə də Silahlı Qüvvələr Fonduna növbəti dəfə dəstək nümayiş etdirəcək.

Sevda Bayramova