-
- 26-10-2020, 12:55
- 519
Prezident İlham Əliyev: "Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən təlxəyə deyin ərazilərimizdən çıxsın və məsələni qurtaraq"
"Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən təlxəyə deyin ərazilərimizdən çıxsın və məsələni qurtaraq!".
News24.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
“Şuşada içkili vəziyyətdə yallı gedən o təlxək! Desin ki, çıxıram. Başqa yol yoxdur" deyə, prezident qeyd edib: “Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Bu gün səhər saat 8-də yeni humanitar atəşkəs razılaşması qüvvəyə minib. Amma mən səhər 9-da maraqlandım, Ermənistan bir neçə dəqiqə sonra Tərtər şəhərini atəşə tutub. Mən tapşırıq vermişəm ki, Azərbaycan Ordusu hələ ki, təmkinli davransın, təxribatlara uymasın. Biz bəyan etmişik ki, münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan tərəfi bizə əraziləri qaytarmaqla bağlı cədvəl verməlidir.
Ermənistan bizim qarşımızda diz çöküb, amma yenə də qüvvələrini səfərbər edib bizə qarşı yeni işğalçılıq siyasəti həyata keçirmək istəyir. Son bir ayda Ermənistana göndərilən silah-sursatın siyahısı bizdədir. Nə vaxt, hardan, nə qədər hansı təyyarə ilə silah gətirildiyi məlumdur. Atəşkəs istəyən silah verər? Münaqişənin dayanmasını istəyirsizsə, silah verməyin. Verməyin, dayansın. Ermənistanı xilas etmək istəyirsizsə, deyin ki, çıxsın bizim torpağımızdan, rədd olsun".
Prezident bildirib ki, biz yolumuza davam edəcəyik: "Atəşkəs istəyirlərsə, işğalçı dövləti rədd etsinlər torpaqlarımızdan. Əks halda axıra qədər davam edəcəyik. Düşməni axıra qədər qovacağıq".