Prezident: "O qədər mənasız görüş olub ki..."
    • 26-10-2020, 13:00
    • 526

Prezident: "O qədər mənasız görüş olub ki..."

"“Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz eləmirəm, görüşsünlər”.

News24.az xəbər verir ki, bunu Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində deyib.

“O qədər mənasız görüş olub ki... Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əksik, fərq eləməz. Mən demək istəmirəm mən bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun”, - deyə Prezident əlavə edib.