-
- 13-10-2018, 10:10
- 572
Novruz Məmmədovdan qiymətli kağızlarla bağlı YENİ QƏRAR
Baş nazir Novruz Məmmədov “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nı təsdiq edib.
Qaydalara görə, monitorinq iştirakçılarına benefisiar mülkiyyətçi barədə məlumatlar sorğu əsasında məlumat saxlayıcısı tərəfindən aşağıdakı hallarda verilir:
1. işgüzar münasibətlər yaradılmasından əvvəl;
2. on beş min manat məbləğində (bundan sonra - limit) və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);
3. məbləğindən asılı olmayaraq, hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl;4. pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda;
5. müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduqda.
3.2. PL/TMM Qanununun 9.12-ci və 9.13-cü maddələrinə uyğun olaraq, yüksək riskli müştərinin eyniləşdirilməsinə dair əldə olunmuş məlumatların və sənədlərin vaxtaşırı yeniləşdirilməsi, habelə yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərinin tətbiqi zamanı benefisiar mülkiyyətçi barədə məlumatlar məlumat saxlayıcısı tərəfindən sorğu əsasında monitorinq iştirakçılarına verilir.
Məlumat saxlayıcısı monitorinq iştirakçılarının sorğusunu 1 (bir) iş günü ərzində, monitorinqdə iştirak edən digər şəxslərin (notariuslar istisna olmaqla) sorğusunu 3 (üç) iş günü ərzində, notariusların sorğusunu isə gün ərzində cavablandırır.