İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək
    • 27-10-2020, 14:30
    • 612

İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

News24.az
xəbər verir ki, Məcəlləyə yeni maddənin "Maddə 307-1. İşçilərin icbari tibbi sığortası" əlavə edilməsi təklif olunur.

Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.