Himalay dağlarında 8 alpinist ölüb
    • 13-10-2018, 11:48
    • 916

Himalay dağlarında 8 alpinist ölüb

Nepalda Qurca Himal zirvəsinə qalxan zaman 8 alpinist ölüb.
“Associated Press” xəbər verir ki, bunu yerli polisin nümayəndəsi bildirib.
“Nepalın qərbində güclü boranın baş verməsi nəticəsində 8 nəfərlik ekspedisiya üzvü, o cümlədən Cənubi Koreyanın 4 vətəndaşı ölüb, biri isə itkin düşmüş sayılır”, - deyə polis nümayəndəsi vurğulayıb.
Bildirilib ki, ölənlərin 4-ü bələdçilik etmiş Nepal vətəndaşlarıdır.
Qeyd edək ki, Qurca Himalı zirvəsinin hündürlüyü 7193 metrdir.