Himalay dağına dırmanmaq istəyən alpinistlər itkin düşüblər
    • 5-03-2019, 21:54
    • 691

Himalay dağına dırmanmaq istəyən alpinistlər itkin düşüblər

Himalay dağına dırmanmaq istəyən alpinistlər Daniele Nardin və Tom Ballard itkin düşüblər.

News24.az İtaliyanın “repubblica.it” saytına istinadla xəbər verir ki, hündürlüyünə görə dünyanın 9-cu ən böyük zirvəsinə qalxmağa çalışan idmançılarla sonuncu dəfə bir həftə əvvəl əlaqə yaratmaq mümkün olub. Əlverişsiz hava şəraitinə baxmayaraq, alpinistlərin axtarışı davam etdirilir.
İtaliyanın Pakistandakı səfiri Stefano Pontekorvo “Twitter” hesabında yazıb ki, alpinistlərin axtarışına xilasetmə qrupu ilə yanaşı, xüsusi dronlar da cəlb olunub.