-
- 17-05-2020, 09:58
- 816
Bu ölkədə koronavirusdan ilk ölüm faktı QEYDƏ ALINDI
Nepalın Səhiyyə və Əhali Nazirliyi koronavirusa yoluxma nəticəsində dövlət ərazisində ilk ölüm faktının qeydə alındığını bildirib.
News24.az xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti qurumun yaydığı açıqlamaya istinadən məlumat yayıb.
“Ətraflı araşdırma və bir sıra testlər bunun ölkədə koronavirus xəstəliyi səbəbindən ilk ölüm olduğunu göstərir”, - deyə nazirliyin nümayəndəsi bildirib.
Qəzetin yazdığına görə, koronavirusa yoluxmuş qadın xəstəxanaya aparılarkən yolda ölüb. Həkimlər onun ölümündən sonra koronavirus üçün testlər götürüb və müsbət nəticə əldə ediblər.
Qeyd edək ki, Nepalda 281 yeni növ koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.