Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının KƏNDLƏRİ AZAD EDİLDİ
    • 28-10-2020, 16:35
    • 541

Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının KƏNDLƏRİ AZAD EDİLDİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "Tvitter" hesabında növbəti paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

"Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"