Gəncə və Bərdə faciəsinə həsr olunan klip - VİDEO
    • 29-10-2020, 10:22
    • 1 785

Gəncə və Bərdə faciəsinə həsr olunan klip - VİDEO

"Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Elnur Hüseynov və balaca ifaçı Fidan Hüseynova bir araya gəliblər.

News24.az xəbər verir ki, həqiqəti bütün dünyaya çatdırmaq üçün ifaçılar Gəncədə və Bərdədə baş verən faciə haqqında klip çəkdiriblər. "Say Hallelujah" mahnısına çəkilən klip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib.

Qeyd edək ki, klipin rejissoru Ülviyyə Könüldür. Mahnının sözləri isə Cəlal Qurbanova aiddir. Misraları ingilis dilinə şairə Nigar Həsənzadə tərcümə edib.

Sevda Bayramova