"Bərdə cinayəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə törədilib" - Kamran Əliyev
    • 29-10-2020, 11:55
    • 457

"Bərdə cinayəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə törədilib" - Kamran Əliyev

“Azərbaycan xalqına qarşı növbəti cinayət törədilib. Tam məsuliyyətimlə deyirəm ki, bu cinayət birbaşa olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilib”.

News24.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu cinayət birbaşa olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə törədilib:

“Bir daha tam məsuliyyətimlə deyirəm ki, bu, Azərbaycanın döyüşdəki tam uğurları ilə bağlıdır. Azərbaycan Ordusu cəbhədə irəlilədikcə, erməni silahlı birləşmələrinə zərbələr endirdikcə, daim Ermənistanın siyasi rəhbərliyi tərəfindən bu kimi göstərişlər verilir. Bununla bağlı tərəfimizdən cinayət işi başlanılıb. Dünəndən istintaq-əməliyyat qrupu Bərdə şəhərində işləyir və zəruri olan bütün sübutlar toplanılır. Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər və qaça da bilməyəcəklər”. /Report.az/