-
- 13-10-2018, 13:10
- 1 059
28 dəfə Həccə gedən Hacı Qalibin başı dərddə – Haqqında araşdırma gedir
Sabiq deputat Hacı Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır.
Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərini yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir.
Bundan başqa sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 186-cı – əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci – torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir.
Şikayətçi Seymur Quliyev deyir ki, Baş Prokurorluqda əmlakının dağıdılması ilə bağlı cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərinin təsdiq ediblər. Hacı Qalib Salahzadə isə deyib ki, həmin ərazi qardaşının istifadəsində olub. Seymur Quliyev Hacı Qalibin dediklərinin növbəti uydurma olduğunu deyir. Bildirir ki, Hacı Qalib Salahzadə onun əmlakını saxta sənədlərlə qardaşının həyat yoldaşı Rəhilə Kamal qızı Salahzadənin adına keçirib. Lakin bu günə qədər Rəhilə Salahzadə istintaqda dindirilməyib.
“Biz tələb edirik ki, Rəhilə Salahzadə istintaqa çağırılsın və dindirilsin. Bilinsin ki, həmin saxta sənədlə mənim torpağım onun adına necə rəsmiləşib? Torpaq, üzərində 2 mülk, ağaclar, su quyusu, böyük hovuz necə boş bir ərazi kimi bu qadının adına keçirilib? Azərbaycan hüquqi dövlətdir və bu məsələlər araşdırılıb ortaya həqiqət çıxarılmalıdır. Qalib Salahzadə mənim torpağımla yanaşı qonşum Nurid Əliyevin torpağını da zəbt edib və onun da əmlakını darmadağın edib. Həmin əmlakı da saxta sənədlə özünün nənəsi Kübra Mirəbdül qızının adına rəsmiləşdirmişdi. Qalib Salahzadə ilə yanaşı həmin o 2 xanım qohumu da dindirilməlidir ki, həqiqət üzə çıxsın” – deyə Seymur Quliyev bildirir.
Bu qalmaqallı olay haqda “Yeni Müsavat”ın 12 mart 2018-ci il tarixli sayında http://musavat.com/news/seyxin-qudasi-vetendasin-3-mertebeli-evini-dagidib-fotolar_511533.html yazı dərc etmişdi. Seymur Quliyev bildirmişdi ki, özəl əmlakını Hacı Qalib Salahzadə hələ Milli Məclisin deputatı olduğu dövrdə zəbt edib.
Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə Azərbaycan Konstitusiyasını saymadığını ortaya qoyub.
“Bilgəhdə hamı bilir ki, ora bizim torpağımız, evimizdir. Əlimdə Azərbaycan dövlətinin verdiyi sənədlər – kupça var. Bizim həyətdə olan su quyusunun belə sənədləri var. O quyudan ətrafda yaşayanlar bizim icazəmizlə istifadə edirdilər. Qalib Salahzadə evlərimi dağıdıb, həyəti söküb, su quyusunu belə zir-zibillə doldurub. Bizim həyətimiz qayalıqda idi. Qalib Salahzadə qayaları belə darmadağın edib. Bunu Bilgəhdə hamı bilir. Qalib Salahzadə 7 ildir ki, mənim mülkümü zəbt etməklə darmadağın edib. Mən Azərbaycan dövlətini sabiq deputata qanunların gücünü göstərməyə, mənim vətəndaş olaraq pozulan mülkiyyət hüququmun bərpa edilməsinə çağırıram. Baş prokuror Zakir Qaralovdan, daxili işlər naziri Ramil Usubovdan xahiş edirəm bu işi öz nəzarətlərinə götürüb araşdırılmasını təmin etsinlər.
7 ildir ki, mən Konstitusiyamızda təsbit olunan mülkiyyət hüququmu bərpa edə bilmirəm. Hacı Qalib Salahzadə məni öz mülkümdən daşa basmaqla qovub. Əlimdə bunu təsdiq edən video da var. 3 mərtəbəli evimi buldozerin qabağına verib dağıdıb. Hazırda mənim mülkümü dayanacaq kimi istifadə edir. Orada hovuz inşa etdirmişdim, dekorativ ağaclar əkdirmişdim, 2 ev inşa etdirmişdim.
Zor gücünə torpağım zəbt olunub, əmlakım darmadağın edilib. Mən Azərbaycan dövlətindən baş verən qanunsuzluğun qarşısının alınması üçün vətəndaş olaraq dəstək, kömək istəyirəm”.
Seymur Quliyev ölkə rəhbərliyinə də müraciət ünvanlayıb. Həmin müraciəti də redaksiyamıza təqdim edəcəyini bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
//musavat.com