Bakıda qadınlara məxsus əmlakı yandırdılar – CİNAYƏT İŞİ AÇILDI
    • 14-11-2019, 12:34
    • 914

Bakıda qadınlara məxsus əmlakı yandırdılar – CİNAYƏT İŞİ AÇILDI

Bakıda əmlakı qəsdən məhv edən şəxs barəsində cinayət işi açılıb.

News24.az xəbər verir ki, Ə.Talıbova və R.Talıbovaya məxsus əmlakı yandıraraq məhv edən Yusifov Elmir Elman oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci, yəni, əmlakı məhv etmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda maddəsi ilə cinayət işi açılıb.

Artıq iş üzrə ibtidai istintaq tədbirləri başa çatdırılıb və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq və hazırlıq iclası 21 noyabr tarixinə təyin edilib.

Təqsiri sübuta yetirilərsə E.Yusifovu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.