İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti BU QURUM HƏYATA KEÇİRƏCƏK
    • 29-10-2020, 18:16
    • 663

İşğaldan azad olunmuş ərazilərdə yaradılan müvəqqəti komendantlıqlara ümumi nəzarəti BU QURUM HƏYATA KEÇİRƏCƏK

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası işğaldan azad olunmuş ərazilərdə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirəcək.

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzalayıb.

Eyni zamanda fərmana əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.