Sürüşmə hələ də davam edir - VİDEO
    • 13-10-2018, 13:36
    • 928

Sürüşmə hələ də davam edir - VİDEO

Badamdar şossesindəki torpaq sürüşməsi bu dəqiqələrdə də davam edir. 
Sürüşmə zonasında yerləşən "Reyhan" restoranı üçün ciddi təhlükə yaranıb. Baş nazirin müavini Hacıbala Abutalıbov bildirib ki, hazırda onun fəaliyyəti dayandırılıb. 
Hadisə yerində olan qafqazinfo əməkdaşlarının məlumatına görə, ən təhlükəli vəziyyət məhz bu restoran ətrafındadır. "Reyhan"ın qarşısındakı torpaq uçqunu o qədər güclü olub ki, artıq asfaltın üstünə çıxıb. 
Hadisə yerindən çəkilmiş videonu təqdim edirik: