Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü
    • 30-10-2020, 17:47
    • 537

Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü

Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Həlak olanlardan biri də 30 yaşlı Bərdə sakini İsmayıllı Vasif Vaqif oğludur. 

“Qafqazinfo” xəbər verir ki, əslən Ağdam rayonundan olan və torpaqlarımızın işğalı nəticəsində evlərindən didərgin düşən ailə Bərdə rayonunda məskunlaşıbmış. V. İsmayıllının atası Vaqif İsmayıllı da 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. 
 
V. İsmayıllının dayısı İbrahim Qurbanov Ordumuza güvəndiyini, işğal olunmuş Ağdam torpağına geri dönəcəkləri günü gözlədiyini deyib: “Arzu edirəm heç bir şəhidin, o cümlədən də mənim bacım oğlunun, onun atasının qanı yerdə qalmasın. Allah bütün döyüşçülərimizə cansağlığı versin. Sağ olsun Prezidentimiz, sağ olsun Ordumuz ki, bizim arxamızdadır. Biz ancaq qələbə istəyirik!”
Tural Hüseynli