Bakıda avtomobil, Tovuzda və Ağcabədidə ev yanıb
    • 31-10-2020, 09:00
    • 458

Bakıda avtomobil, Tovuzda və Ağcabədidə ev yanıb

Bakının Yasamal rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Digər yanğın hadisəsi Tovuz rayonunun Alakol kəndində baş verib. Ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Ağcabədi rayonunun Boyat kəndində isə ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.