Azərbaycanda daha 1 175 yoluxma qeydə alınıb
    • 1-11-2020, 18:07
    • 724

Azərbaycanda daha 1 175 yoluxma qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 56 444 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib, aktiv xəstə sayı 11 547 nəfərdir.