Düşmənin 7 tankını məhv edən, bir gözünü itirən hərbçimiz:
    • 3-11-2020, 11:51
    • 321

Düşmənin 7 tankını məhv edən, bir gözünü itirən hərbçimiz: "Xalqıma və işğal altında olan torpaqlarımıza görə etmişəm" - VİDEO

“Mən bu şücaəti, qəhramanlığı nə ailəmə görə, nə də özümə görə eləməmişəm. Bunu millətimə, xalqıma və işğal altında olan torpaqlarımıza görə etmişəm”.

News24.az xəbər verir ki, bu sözləri Astara rayonunun Ərkivan kəndindən olan, Qarabağ uğrunda döyüşlərdə bir gözünü itirən 26 yaşlı Rüfət Əsədullayev deyib. 

Düşmənin 7 tankını və bir çox zirehli texnikasını məhv edən R.Əsədullayev bildirib ki, etdiyini qəhrəmanlıq hesab etmir: “Döyüşlərdə elə vuruşanlar hərbi qulluqçularımız var ki, mənim etdiyim onların yanında zərrə qədərdir. Mən hər zaman bu orduda xidmət etdiyim üçün fəxr hissi duymuşam. Bizim orduda millət ayrıseçkiliyi yoxdur. Hamı Azərbaycanlıdır. Hər kəs bir yumruq kimi Ali Baş Komandanın ətrafında yığışıb”.