Arda Turan Türkiyə xalqından üzr istəyəcək - İddia
    • 14-10-2018, 11:31
    • 975

Arda Turan Türkiyə xalqından üzr istəyəcək - İddia

Başakşehir klubunun futbolçusu Arda Turan müğənni Berkayla arasında baş verən davaya görə çətin günlər yaşayır.

Son günlər ölkə mətbuatının gündəmindən düşməyən futbolçu haqqında yeni bir iddia səsləndirilib.

“TRT Spor”un idman şərhçisi Bahri Hayadırın sözlərinə görə, Turan Başakşehirin təlim məşqində 40 dəqiqə məşq etdikdən sonra komanda yoldaşları və texniki heyətdən hallalıq istəyib. Lakin onun bu istəyi qəbul edilməyib.

Belə ki, rəhbərlik tərəfindən Ardaya külli miqdarda pul cəzası veriləcəyi, həmçinin klubun təşkil edəcəyi mətbuat konftransında onun bütün Türkiyə xalqından üzr istəyəcəyi ifadə olunub.

Qeyd edək ki, Arda Turanın gecə klublarından birində müğənni Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, sənətçini isə döydüyü bildirilir. İddiaya görə, bundan sonra xəstəxanaya yerləşdirilən Berkayın yanına gedən Turan ona qarşı silah da yönəldib.

//Qafqazinfo.az