Badamdarda fərdi tikililərin hasarlarında çatlar əmələ gəlib - VİDEO
    • 14-10-2018, 15:43
    • 1 028

Badamdarda fərdi tikililərin hasarlarında çatlar əmələ gəlib - VİDEO

Badamdar şossesində baş verən sürüşmə zonasında dəyişiklik qeydə alınmayıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumatda deyilir.

Məlumata görə, sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib. Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.

***

Saat 12:00-a olan məlumata görə, sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.

***

Saat 15:00-a olan məlumata görə, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur.

Eyni zamanda, sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb.


Video: Qafqazinfo.az