-
- 12-07-2018, 14:33
- 6 355
Niyə heç bir ölkənin bayrağında bənövşəyi rəng yoxdur?
Dünyada 195 ölkə möövcuddur, bu ölkələrin heç birinin bayrağında bənövşəyi rəngə rast gələ bilməzsiniz? Bəs bunun səbəbi nədir?
News24.az marağınızı çəkəcək maraqlı səbəbi diqqətinizə çatdırır.
18-ci ərsə qədər bənövşəyi rəngin istehsalı həddən artıq bahalı və zəhmətli iş hesab olunurdu. Bənövşəyi rəng indiki Suriya və Livan ərazində Ağdəniz sahilləri boyu yaşayan finigiyalılar tərəfindən ixtira edilib. Yalnız bu bölgədə yaşayan dəniz ilbizlərindən əldə edilən bənövşəyi rəngin hazırlanması uzun illər sirr kimi saxlanılırdı və bu rəngdə olan paltarlar çox bahalı hesab olunurdu.
Belə ki, bənövşəyi rəngli paltarları yalnız kral ailələri və yüksək ranqlı zadəganlar geyə bilirdilər. Aydın məsələdir ki, ölkə bayrağını bu rənglə işarələmək çox baha başa gələ bilərdi.
Roma, Bizans, Fars imperiyalarında və Böyük Britaniyada bu rəng kral ailələrinin simvolu halına gəlmişdi.
1533-1603-cü illərdə İngiltərə Kraliçası I Yelizaveta kral ailəsi istisna olmaqla hər kəsə bu rəngdən istifadə etməyi qadağan etmişdi. Onun hakimiyyət illərində yarım kilo bənövşəyi rəngin qiyməti 1,5 kilo qızıla bərabər idi.
Bu rəngin ümumi istehsalına 19-cu əsrdə ingiltərəli kimyagər Vilyam Perkinin sintetik rəng alması ilə başlandı. Perkin bu ixtirası ilə milyonçu oldu, bənövşəyi rəng də kral ailələrindən çıxıb bütün insanları istifadə etdiyi rəngə çevrildi.
İlhamə