Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib - Müdafiə Nazirliyi
    • 7-11-2020, 08:03
    • 434

Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib - Müdafiə Nazirliyi

Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.