"Azərbaycan bayrağı bizim yaşam səbəbimizdir" - VİDEOREPORTAJ - FOTOLAR
    • 9-11-2020, 19:22
    • 862

"Azərbaycan bayrağı bizim yaşam səbəbimizdir" - VİDEOREPORTAJ - FOTOLAR

Bu gün 9 noyabr - üçrəngli, aylı-ulduzlu bayrağımızın günüdür. Hər il ölkəmizdə bu bayram xüsusi təmtəraqla qeyd olunsa da, bu il bu təqvimin xüsusi bir özəlliyi var. 

Bu il Azərbaycanın 102 yaşlı Şanlı Bayrağı işğaldan azad olunan torpaqlarımızda dalğalanır. Bu isə təbii ki, hər birimizdə qürur və sevinc hissi yaşadır. 

Gözəl bayrağımız həm də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda əks olunub. Rəssamlar Vüsalə Ağarazıyeva, Daşqın Bayramov və Ağayar Barışov sözügedən əsəri ərsəyə gətiriblər.

News24.az isə öz növbəsində paytaxt Bakıdan Bayraq Günü ilə bağlı xüsusi videoreportaj hazırlayıb: 
Sözügedən görüntüləri təqdim edirik:








Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov