Bu şəhərdə evlənən bəyin başına min oyun gətirirlər -FOTO
    • 15-10-2018, 12:37
    • 778

Bu şəhərdə evlənən bəyin başına min oyun gətirirlər -FOTO

Türkiyənin İzmir şəhərində  yaşayan Mustafa Ünal, 1 ildir nişanlı olduğu sevgilisi ilə ailə qurub.

News24.az xəbər verir ki, toy günü Mustafa, dostları tərəfindən  dəhşətli zarafatlara məruz qalıb.

Belə ki, 25 yaşlı bəyin dostları, onun başında  yumurta sındırıb, daha sonra üzərinə un töküblər. 

O, bu olanlardan sonra, yoldaşının hər dediyinə hörmətlə yanaşacağına, hər həftə sonu evə çiçəklə gələcəyinə, xanımına çox yaxşı baxacağına söz verib.

Bəyin dostları daha sonra onu hamama aparıblar.

Ətrafdaki insanlar baş verənlərə  heyrətlə baxsalar da, bu zarafatlar həmin bölgədə illərdir davam edən  adətlərdəndir.