Yeni evlənən cütlük toydan 2 saat sonra öldü - FOTO
    • 6-11-2018, 18:47
    • 1 226

Yeni evlənən cütlük toydan 2 saat sonra öldü - FOTO

ABŞ-da yeni evlənmiş cütlük toydan iki saat sonra ölüb.

News24.az xəbər verir ki, dəhşətli  faciə Teksas ştatında toyun keçirildiyi yerdən 24 kilometr aralıda yaşanıb. Toydan sonra ərazini helikopterlə tərk edən gənc tələbələr Uill Beyler və Beyli Arkman qəzaya uğrayıb. Nəticədə yeni evlənmiş cütlük və helikopterin 76 yaşlı pilotu  həlak olub.

Uill və Beylinin dostları bildiriblər ki, cütlük toya xeyli müddət hazırlaşırmış və bunun onların həyatında ən yadda qalan gün olmasını istəyirmiş.

"Onlar yerdə öz son günlərini ən yaxın dostları və doğmalarının əhatəsində keçiriblər. Hesab edirəm ki, bu onların həyatında ən yaxşı gündür" - deyə cütlüyün dostlarından biri bildirib.

Hazırda qəza ilə bağlı araşdırmalar aparılır