Bu kənddə toy günü bəyi döyürlər - VİDEO
    • 23-07-2018, 16:15
    • 1 297

Bu kənddə toy günü bəyi döyürlər - VİDEO

Türkiyənin Ərzincan vilayətinin Güllücə kəndi maraqlı toy adətləri ilə fərqlənir.

Bu kənddə toy günü bəyin ən xoşbəxt günü deyil, məşəqqət, müxtəlif sınaq və işgəncələrə sinə gərdiyi gündür.

News24.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Güllücə camaatı toy günü bəyin gələcək ailə həyatında dözümlü kişi olub-olmayacağını yoxlamaq və eyni zamanda əylənmək məqsədi ilə təzə bəyi döyürlər. Təqdim edəcəyimiz videoda təzə bəy Kənan Yayla və onun sağdışını qonaqlar öncə kəmərlə döyürlər. Bununla da yetinməyib, bəyi avtomobil təmziləyən fırça ilə sabunlayıb, sonra təraş edir, üstündə də duzlu su içirib, soğan yedizidirirlər.

News24.az maraqlı görüntüləri təqdim edir: