“Qarabağla bağlı danışıqlar çətin keçdi” - Rəsmi Moskva
    • 11-11-2020, 14:52
    • 448

“Qarabağla bağlı danışıqlar çətin keçdi” - Rəsmi Moskva

“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və rus sülhməramlılarının bölgəyə gətirilməsi ilə bağlı danışıqlar prosesi çətin keçdi”.

News24.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: "Müharibəni dayandırmağın və prosesi siyasi və diplomatik kanala köçürməyin yollarını tapmaq üçün çox uzun və gərgin keçən proseslə əlaqəli bir sual verirsiniz.
Bu, mürəkkəb bir prosesdir və bu barədə söylənə biləcək hər şey izah edilib, başqa deyiləcək heç nə yoxdur”.