Berkay Ardadan 1 milyon istəyir
    • 15-10-2018, 14:02
    • 592

Berkay Ardadan 1 milyon istəyir

Ötən həftə Arda Turan tərəfindən hücuma məruz qalan müğənni Berkay 14 konsertini təxirə salmağa məcbur olub.

Bir konsert üçün 70 min TL pul alan ifaçı futbolçunu məhkəməyə verməyə hazırlaşır.

Sənətçənin menecerliyini həyata keçirən şirkət 1 milyon lirə ziyana düşdüklərini qeyd ediblər. Onlar bunun üçün Ardadan həmin miqdarda təzminat tələb etdiklərini bildiriblər.

Hüquqşunaslar isə Ardanın Berkaya yumruq ataraq burnunu qırdığı üçün 3 ildən 11 ilədək həbs cəzası ala biləcəyini qeyd ediblər.
//Qafqazinfo