Prezident İlham Əliyevin müharibə zamanı etdiyi çıxışlar kitab halında çap olunacaq
    • 13-11-2020, 12:53
    • 1 050

Prezident İlham Əliyevin müharibə zamanı etdiyi çıxışlar kitab halında çap olunacaq

“Prezident İlham Əliyevin müharibə müddətində etdiyi çıxışlar Milli Məclisin kitabxanasının təşəbbüsü ilə hazırlanacaq və çap olunacaq”.

News24.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, çıxışların yer alacağı kitab nümayiş olunacaq.

Qeyd edək ki, deputat Etibar Əliyev Prezident İlham Əliyevin çıxışlarının çap olunub yayılması ilə bağlı təklif səsləndirib.