Mirqafar Seyidova yeni vəzifə verildi
    • 14-11-2020, 13:40
    • 627

Mirqafar Seyidova yeni vəzifə verildi

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən çıxarılıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M.Seyidov vəzifəsindən azad olunaraq Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Mirqafar Seyidovun yerinə hazırda təyinat yoxdur.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Emin Şəkinski bir müddət əvvəl ağır sürən xəstəlikdən sonra vəfat edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev News24.az-a açıqlamasında məlumatı təsdiqləyib.