Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA
    • 14-11-2020, 18:12
    • 558

Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi şagirdlərin 2020-2021-ci tədris ili üzrə planlaşdırılan payız tətili ilə bağlı açıqlama verib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, noyabrın 16-dan orta məktəblərdə şagirdlərin 5 gün payız tətili olmalı idi. Lakin oktyabrın ortalarında pandemiya ilə əlaqədar şagirdlərə noyabrın 2-dək iki həftəlik tətil verildiyindən noyabrın 16-dan payız tətili olmayacaq.

Noyabrın 16-dan şagirdlər distant formada təhsillərini davam etdirəcəklər.

Nazirlik tərəfindən iki həftəlik tətil verilən zaman onun kompensasiya ediləcəyi açıqlanmışdı.