Azərbaycanda 2 259 nəfər koronavirusa yoluxub
    • 15-11-2020, 17:29
    • 624

Azərbaycanda 2 259 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 259 yeni yoluxma faktı qeydə alınıb, 1 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 21 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 75 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib, aktiv xəstə sayı 19 571 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 325, ötən müddət ərzində isə ümumilikdə 1 502 707 test aparılıb.