Prezident Şuşa uğrunda gedən döyüşlərdən DANIŞDI:
    • 17-11-2020, 13:01
    • 1 236

Prezident Şuşa uğrunda gedən döyüşlərdən DANIŞDI: "bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq"

"Şuşanın işğaldan azad edilməsi bizim düşmənə gücümüzü, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, çığırlardan keçərək, yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”. 

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanış olan zaman bildirib: “Şuşa işğaldan azad ediləndən sonra artıq düşmən dərk elədi ki, bundan sonra bizə qarşı müqavimət göstərməyin heç bir əhəmiyyəti yoxdur”. 

Dövlət başçısı deyib ki, Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib: “Əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi”.