"Paşinyan bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri" - Prezident - VİDEO
    • 17-11-2020, 16:46
    • 620

"Paşinyan bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri" - Prezident - VİDEO

"Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib:"O cümlədən rəzil vəziyyətdə olan Paşinyan bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi.  "